Namazları tez-tez qəza edən necə tövbə etməlidir?

    21.11.2016
Kimdən: 
ayten
Sual: 
salam men namaz qiliram tez tez qezaya saldiqim ucun her defe tovbe edirdim mene dediler tovbe etmeyin duzgun deyil sadece ALLAHDAN baqislanma dile indi nece edim tovbeme eteye davam etmeliyem
Cavab: 
Va aleykum Salam. Əvvəla onu bilin ki, namazı bilərəkdən ötürmək böyük günahdır, imanın zəifləməsindən xəbər verir və kəffarəsi də yoxdur. Bunun üçün səmimi tövbə etmək, çoxlu xeyirli əməllər etmək və bağışlanma üçün Allaha dua etmək lazımdır. Bilmədən və ya üzrlü səbəbdən ötürülən namazların isə qəzası qılınır. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Daha ətraflı:
Teqlər: 
Paylaş: