Namazda nəfəsim ağırlaşdığı üçün dua etməsəm günah olar?

    20.01.2017
Kimdən: 
Şenem
Sual: 
Salam. Men Namazi qila bilmirem. Ilk once ele bilerdim Namazi bosh qiliram, bir Namazi bir-iki defe qilardim. Qilmayanda içim narahat olardi. Sonra Namazi icimden sessizce qila bilmirdim ucadan demeye bashladim. Sonra evvel tez qilardim, indi gec qiliram. Bir ish gorende catdira bilmirem. Namaz qilanda nefesim dayanir, gucnen nefes aliram,sozu serbest deye bilmirem. Bilireme vesveaedi men ne edim qurtulum bundan. Hec vaxt Namazimdan ayrilmaq istemirem. Men dua etmesem gunah olar?. Mene birshey deyin men Namazimi nece qilim? Evvelceden çox sag olun.
Cavab: 
Və aleykum Salam. Namaz qılanda guya boş-boşuna qılırmışsınız kimi hissiyatlara fikir vermək lazım deyil, qıldığınız namazı təkrar qılmayın. Çalışın içinizdə olan narahatçılığa fikir verməyəsiniz. Vəsvəsənin müalicəsi ona əhəmiyyət verməməkdir. Hər gün bir neçə saat Quran oxunmasına qulaq asın, namazdan sonrakı, səhər-axşam və digər zikrləri oxuyun və dini elminizi artırın. Əgər bu hal güclüdürsə, özünüz özünüzə ruqyə də oxuya bilərsiniz. Namazda namazın sözlərindən əlavə dua edə bilmirsinizsə, boş vaxtınız olanda Allaha istədiyiniz qədər dua edə bilərsiniz. Daha ətraflı: Vəsvəsədən necə qorunmaq olar?
Teqlər: 
Paylaş: