Namaz qılmayıb hicab geyinməyimin günahı varmı?

    12.01.2017
Kimdən: 
Qurani kerim
Sual: 
Salam Men hicaba kecmisem anca Namaz qulmiram yasadigim ev kiredi imkansz seratsz evdi men namaz qilmadan Allah sevgisinden allaha siginib hicab taxmisam bunun gunahi varmi??
Cavab: 
Və aleykum Salam. Siz hicab geyinməklə, Allahın əmrini yerinə yetirməklə böyük savab qazanmısınız və Ona doğru addım atmısınız. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm”. (əl-Buxari, 6856).  Ona görə də, Allaha dua edərək tezliklə namaza da başlayın. Hər çətinlikdən çıxış yolunu Uca Allah bizə bildirib. Dəstəmaz almaq probleminiz varsa, təyəmüm alın. Ayaq üstə namaz qıla bilmirsinizsə, oturaraq və ya uzanaraq namaz qıla bilərsiniz. Qibləni tapa bilmirsinizsə, istədiyiniz tərəfə namaz qıla bilərsiniz. Yəni, heç bir halda namaz qılmamağa bəhanə yoxdur. Allah sizə kömək olsun! Daha ətraflı:
Paylaş: