Səcdədə səhvən rukuda deyilən zikrləri demək namazı batil edirmi?

    31.01.2017
Kimdən: 
Hilal
Sual: 
salam. secdede Subhane rabbiyel azimi ve bihemdih demek namazi batil eder mi?
Cavab: 

Və aleykum Salam. Qeyd etdiyiniz bu zikr namazda rükuda olduqda deyilir. Namaz qılarkən səcdədə "subhanə rabbiyəl-a'lə" duasının deyilməsi namazın vaciblərindəndir. Qeyd etdiyiniz hal səhvən baş veribsə, namaz düzgün sayılır. Əgər insan səcdədə səhvən bu duanın əvəzinə başqa bir duanı deyib sonra səcdədən qalxamadan səhv etdiyini xatırlayaraq həmin səhvini düzəldərsə, bu zaman namaz bitdikdən sonra onun səhv səcdəsi etməsi müstəhəbdir (etməyə bilər, lakin etməsi bəyənilir). Həmçinin, əgər səcdədə"subhanə rabbiyəl-a'lə" duasının əvəzinə səhvən başqa bir duanı deyib namazın digər hərəkətlərinə keçərsə, bu zaman namaz bitdikdən sonra onun səhv səcdəsi etməsi vacibdir, çünki o, namazın vacib bir əməlini tərk etmişdir. Bu hal imamla qıldığı camaat namazında baş verərsə, səhv səcdəsi etməsinə gərək yoxdur. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?

Teqlər: 
Paylaş: