Başqasının qəlbini qıran və "ürəyim təmizdir" deyən insana halallıq vermək lazımdırmı?

    13.02.2017
Kimdən: 
leyla
Sual: 
Salam,men sorusmaq istiyiremki men bir adamnan cox incimisem hec cur qelbimde bagisliya bilmirem yeni men onu basa sala bilmirem ele dediyi sozu indide deyir qelbimi qirir,ustundende deyir menim qelbim temizdi dilim zeher,axi basa dusmur menim qelbimi qirandan sora onun qelbu menim neyime lazimdi,indi bu adam mesede getmek istiyir gelib mendende halallasir men indi ortada qalmisam bagisliya bilmirem desem yene dava olacaq,bagisdiyiram desemde yalan demis olacam mene bir yol gosterin xahis edirem
Cavab: 
Və aleykum Salam. Başqasının qəlbini qırmaq və kobuluq etmək onun haqqına girmək olduğu üçün günahdır. Qəlbinin təmizliyini iddia edən insan günahlardan uzaq olmalıdır. Ona halallıq verib-verməmək isə sizin haqqınızdır. Bu məsələdə sərbəstsiniz. Məşhəd, Kərbəla və digər yerlərə getmək isə bidət (dində yenilik) olduğu üçün qadağandır. Daha ətraflı:
Paylaş: