Günahların bağışlanması üçün oruc tutmaq olarmı?

    12.04.2017
Sual: 
Salam.kecen il ve bu il Ramazan ayinin qeza oruclarini tutmamsham.tutanda ne niyet eleyib tutmaliyam???zehmet olmasa cavablandirin.birde gunahlarin bagshlanmasycin hansi oruc tutmag olar?bu haqdada melumat verin hais eleyirem.
Cavab: 
Və aleykum Salam.
1. Niyyəti dil ilə deməyə ehtiyac yoxdur. Niyyətin yeri qəlbdir. Sadəcə bilməyiniz ki, "sabah Ramazan orucunun qəzasını tutacam"- artıq bu niyyətdir.
Daha ətraflı: Niyyət etmək bidətdirmi? 

2. Günahların bağışlanması üçün tövbə etmək lazımdır. Tövbədən sonra oruc və ya digər xeyirli əməllər etmək həm savab qazandırır, həm də günahların bağışlanmasına səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Harada olursan ol, Allahdan qorx. Bir pis iş (günah) etdikdə ardınca yaxşı əməl et ki, onu silib aparsın və insanlarla ən gözəl əxlaqla davran!" (ət-Tirmizi, 1987; İmam Əhməd "Musnəd", 5/153, №: 21681). Daha ətraflı:

Teqlər: 
Paylaş: