Bir yaşlı qadın mənə zülm edir, nə edim?

    25.04.2017
Kimdən: 
gizlin qalsin
Sual: 
Salam Aleykum mənim sualim belədir bir qocaq qadin birinə hər an əziyyət verir hər cür zülüm edir amma zülüm çəkən qadin səbr edib dözür mən necə edim ki o qoca insan zülüm etməsin
Cavab: 
Və aleykum Salam. Zülmə məruz qalanlar onlara zülm edənlərdən Qiyamət günü öz haqlarını alacaqlar. Belə ki, Qiyamət günü zalım insan zülm etdiyi insana öz savabından verməyə məcbur olacaq. Savabı olmazsa, zülm etdiyi insanın günahları onun boynuna yüklənəcək. Uca Allah buyurur: "Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır". (əş-Şura, 42).
Həmin qadının sözünü eşidib-dinləyən insanlar varsa, onlar həmin adama nəsihət edə və vəziyyəti düzəltməyə çalışmalıdırlar. Siz isə savabını və mükafatını Allahdan umaraq səbr edin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər". (ət-Tirmizi, 2402).
Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur". (Fussilət, 34-35). Həmçinin oxuyun:
Paylaş: