Yoldaşımın başqa qadınla mesajlaşması günah sayılırmı?

    25.04.2017
Kimdən: 
rufa
Sual: 
Salam. əgər yoldaşım telefonla başqa bir qadınla mesajlaşırsa, ona sevgi mesajları göndərirsə bu günah sayılarmı? onun hesabı sarulacaqmı? xəyanət sayılarmı?
Cavab: 
Və aleykum Salam. Naməhrəmlə zərurət hallarını çıxmaq şərtilə görüşmək, danışmaq, yazışmaq və s. günahdır. Bu həmçinin, Allahın murdar adlandırdığı zinaya yaxınlaşdıran əməldir: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Bu əməli edən insan tövbə etməlidir. Əks təqdirdə bu əməli edən Qiyamət günü etdiyinə görə cəzalandırıla bilər. Siz də öz yoldaşınıza bu əmələ görə axirətdə şiddətli əzab veriləcəyi haqqında ayə və hədisləri çatdırın və Allahdan qorxmağı nəsihət edin. Əriniz belə etdiyinə görə sizin haqqınıza girir və sizdən halallıq almasa, Qiyamət günü ondan haqqınızı ala biləcəksiniz. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: