Özünə qapanmaq Allahın qəzəbinə səbəb olurmu?

    28.04.2017
Kimdən: 
Sahil
Sual: 
Salam men fikir edib ozume qapaniram ewitmiwemki ozune qapanannan ALLAHİN Aciqi gelir bu duzu mu ve men tövbe edib defelernen pozmuwam ne dim ?
Cavab: 
Va aleykum Salam. Özünə qapanma, depressiya, ruh düşgünlüyü və s. şeytanın vəsvəsəsi ilə bağlıdır. Şeytanı isə Allaha yaxınlaşmaqla və dua etməklə uzaqlaşdırmaq olar. Allah bəndələrinə qarşı mərhəmətlidir, onların belə hallarına görə qəzəblənmir, əksinə, ona dua edənləri çətinlikdən qurtarır, tövbə edənləri bağışlayır. Uca Allah buyurur: "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (ən-Nəml, 62).
Tövbəni pozduqdan sonra isə yenidən tövbə etmək və günahdan çəkinməyə çalışmaq lazımdır: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153). Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır?
Paylaş: