Ailəmdə problemlər olduğu üçün atam evinə gəlmişəm və başqa kişi ilə görüşürəm...

    06.05.2017
Kimdən: 
adsiz...
Sual: 
Salam eleykim. Sizle bir derdimi paylawmaq isdeyirem mumkunduse mene komek olun. Men erdeyem bir qizim var amma evde qaynatayla yola getmrdm deye uwagida orda qoyub gelmiwem ata evine atam meni uwaqsiz qebul edirdi.heyat yoldawimin yalanlarinnan bezmiwem. Atasinin cavabn vere blmr niye ayle iwime qarwrsan bele deye blmr atasina. Uzurlu sayn sozme gore hetta yoldawm yataqda bele meni temin ede blmrdi. Ureimde bawasn sevrem ilk defe awiq oldugum oglanla gorwub danwram hetta onla yatagada grmwem bowanmamiwam men zina elediyimi bllem. Amma onu cox sevrem men o subaydi ne edrk edek yollarmz hemwe birlewr qarwlawrq mene dein men ne edim.?sevdiyim oglan meni yataqda temin ede blr amma erm yox....
Cavab: 
Va aleykum Salam. Ərinizin sizi aldatması, qaynatanıza sizin ailə işlərinizə qarışmağa imkan verməsi və ailə həyatında yaxınlıq etməklə bağlı sizin haqlarınızı ödəməməsi günahdır, bu məsələlərdə sizin haqlarınızı təmin etməsə, Qiyamət günü sizin haqqınızı ödəməyə məcbur olacaq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız (himayəçisiniz) və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövləti baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829).
Əriniz öz ailəsini qorumaq üçün qətiyyət göstərməli və sizin ailə haqlarınızı ödəmək üçün də müalicə olunmalıdır. Həmçinin, ərinizin imkanı varsa, şəriətə görə siz ondan ayrıca evdə qalmağı tələb edə bilərsiniz.
Bütün bunlara baxmayaraq sizin özbaşına, ərinizdən icazəsiz ata evinə gəlməniz böyük səhvdir. Siz bu məsələdə səbirli olmalı və yuxarıda sadalanan məsələləri ərinizə xatırlatmalı, həmçinin sözünü eşidib dinlədiyi insanlar da ona nəsihət etməlidirlər. Bu fayda verməsə, həm kişi həm də qadın tərəfdən mötəbər, ailə sirrini qoruyan insanlar da yığışaraq vəziyyəti düzəltməyə cəhd etməlidirlər. Siz ərinizlə barışın və bu şeyləri səbirlə yerinə yetirməyə çalışın.
Zina etmək, başqa kişi ilə görüşmək isə böyük günahdır, bu insanı dünyada rüsvayçılığa, axirətdə isə Cəhənnəm əzabına aparır. Siz başa düşməlisiniz ki, bu münasibətin heç bir axırı yoxdur, indiki dövrdə kişilərin bir çoxu ailə yox, sadəcə şəhvət məqsədi ilə qadınlarla görüşürlər. Özünüzün və övladınızın gələcəyi üçün ailəni bərpa etmək lazımdır. Ona görə də, bu barədə heç kimə danışmayın və həmin naməhrəm kişini unutmaq üçün bütün vasitələrdən istifadə edin: telefon, internet və digər ünsiyyət vasitələrindən uzaqlaşın, şeytanın vəsvəsəsindən qorunmaq üçün hər gün Quran oxunmasına qulaq asın, namazlarda dəqiq olun və Allahı çox zikr edin. Qurani-Kərimin Azərbaycan dilində tərcüməsini oxuyaraq elminizi və imanınızı artırın, bu zaman Allahın izni ilə şeytanın tələsinə düşməzsiniz. Daha ətraflı bu cavabları oxuyun:
Paylaş: