Kiməsə pislik edəndə, həmin şey adamın öz başına gələ bilərmi?

    29.06.2017
Kimdən: 
Allahimi cox sevirem
Sual: 
Her vaxtiniz xeyir mene bir sey maraqlidi insan kimese qarsi bir pis gorse hemin is oz basima gelirmi yeni bele bir atalar sozu vare ne ekersen onuda bicersen bu cur yeni mende oldu birine qarsi pis gormusdum eynile bu cur pisliy menim basimada geldi amma basqa insandan bunun ucun Allaha tovbe etsem Allah meni bagislayarmi indiden tesekkurler.
Cavab: 
Salam aleykum. Başqasına edilən pislik dünya həyatında həmişə yox, bəzi hallarda insanın öz başına gələ bilər, amma Qiyamət günü hər bir pisliyin cəzası veriləcək. Uca Allah buyurur: "Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır". (İbrahim, 42).
"Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 7-8).
"O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır...". (Ali İmran, 30). ​​​​​​

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bir kəsin ləyaqətinə toxunmaq və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin (fayda verməyəcəyi Qiyamət günü) gəlməmişdən əvvəl bu gün həmin adamdan halallıq istəsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər); yox əgər savabı ol­maz­sa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyu­lar". (əl-Buxari, 2449). Ona görə də kimə pislik etmişiksə, mütləq həmin adamın könlünü alıb halallıq almaq lazımdır. Daha ətraflı: 
Teqlər: 
Paylaş: