Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

    23.06.2017
Kimdən: 
Adila
Sual: 
Salam.Men 6 ildir ki yoldawimnan ayrilmiwam,lakin bizim kebin helede pozulmayib.bir nece yerde oxumuwam ki eyer ayrilma haqqinda soz sobet olanda qadinla kiwi arasinda bowanma sozleri kecirse ve tehkirani sozler deyilirse kiwi terefden ondada pozulur.cox xahis edirem mene bir yol gosteresiz meslehet veresiz.birdeki men ozum indi gedib geri oxutdura bilerem kebini???
Cavab: 

Və aleykum Salam. Şəriətdə "kəbini geri oxutdurmaq" anlayışı yoxdur. Əsas məsələ, kişinin sizinlə ayrılmaqda razılığının olmasıdır. Əgər yoldaşınız sizə "boşayıram" sözünü deyibsə və yaxud qarşılıqlı razılıqla boşanmışınızsa, artıq boşanmış sayılırsınız. Bu halda kəbin qüvvədən düşür. Amma əgər boşanma olmayıbsa, ərinizin yaxınları və ağsaqqalları ilə əlaqə saxlayın və bu vəziyyəti həll edin. Həmçinin oxuyun: Boşandıqda mollanın yanına gedib talaq duası oxutdurmaq lazımdırmı?

Paylaş: