Qadının əri zina edirsə, ondan boşana bilərmi?

    05.08.2017
Sual: 
Es salamu aleykum va rahmetullahi va berekatuh.Allaha göre mene delilnen cavab verin.1.Erim defelerle zina eleyib,tel.namehremlerle yazışır,herden bir spirtli içki içir,men boşanmalıyam?2.Erimin mene elediyi xeyanet haqqıma girmiş olurmu? 3.Erimi namehremlere baldızım aparır,onada günah düşürmü? 4.Bir qadın mene elediyi pislikden men her gün eziyyet çekirem.Qadın dünyasını deyişib,onun günahı dünyada qaldımı? Allah sizden razı olsun.Es salamu aleykum va rahmetullahi va berekatuh.
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.

1. Sadaladığınız əməllər qadının boşanmasına ciddi əsas verir. Ancaq bu addımı atmadan öncə ərinizi gözəl əxlaqla haqqa dəvət etmək və bunun üzərində səbr etmək daha yaxşıdır. Çünki qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir. Bu səbəbdən, qadının bir müddət səbr edərək ərinin islah olmasına çalışması, bunun üçün Allaha çoxlu dua etməsi daha yaxşıdır. Bu fayda vermədikdə, sözsüz ki, ərindən boşana bilər. Daha ətraflı:
Ərim mənimlə maraqlanmır, nə edim?
Qadın zina edən və ailəisilə maraqlanmayan kişidən boşana bilərmi?

2. Əriniz zina etdiyi və sizə xəyanət etdiyi üçün böyük günah qazanmışdır. O, sizin haqqınıza girdiyi üçün Qiyamət günü haqqınızı ondan tələb edə biləcəksiniz. Həmçinin oxuyun: Qul haqqı barədə 

3. Baldızınız da günaha vasitəçilik etdiyi üçün böyük günah qazanır. Uca Allah buyurur: "Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər...". (ən-Nisə, 85). 

4. Pisliyi ucbatından hər gün əzyyət çəkdiyiniz həmin adam artıq dünysanı dəyişdiyinə görə əməlləri kəsilib. Ancaq o sizin haqqınıza girdiyi üçün Qiyamət günü həmin adamdan haqqınızı tələb edə biləcəksiniz. Həmçinin oxuyun: Mənə pislik edənə Allahdan cəza istəmək olarmı?

Paylaş: