Dəstəmaz əsnasında danışmaq olarmı?

    29.09.2017
Kimdən: 
......
Sual: 
Salan.Dəstəmaz alarkən nə qədər çslışıramsa burnuma su çəkə bilmirəm,bu dəstəmazı batilmi edir?Birdə dəstəmaz əsnasında danışmaq,nəyəsə əl vurmaq(murdar şeylərə yox)kimnənsə nəsə bir şey götürmək dəstəmazı pozur2)Namaz qılarkən beynimə başqa şeylər fırlanarsa(dünya işləri haqqında)amma namazı düzgün qılıramsa yəni,sözləri düzgün,ardıcıl deyirəmsə,hərəkətlərinə düzgün əməl edirəmsə namazım düzgündürmü?
Cavab: 
Və aleykum Salam. 
1. Siz bacardığınız qədər burnunuza su alın, çünki dəstəmaz alanda buruna su almaq vacibdir. Daha ətraflı: Dəstəmaz alarkən buruna su almaq vacibdirmi?
2. Dəstəmaz əsnasında danışmaq, nəyəsə əl vurmaq və kimdənsə nə isə götürmək dəstəmazı pozmur. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər  
3. Belə olan halda namaz düzgün sayılır, amma namazda olan mütilik zəiflədiyinə görə namazın savabı azalır. Daha ətraflı:
Paylaş: