Namaza başladıqdan sonra baş ağrıların əmələ gəlməsi nədən ola bilər?

    06.10.2017
Kimdən: 
Pervin
Sual: 
Salamu aleykum..men yeni namaz qilmaga bawlamiwam bir aya yaxin olar ama namaza bawlayan gunnen bedenimde bawimda cox agrlar olmaga bawlayib..ilk gunler daha pis agrlar idi getdikce yungullewsede yenede daimi bir yorgunlug,ve agrlar var. bu neden ola biler?
Cavab: 

Va aleykum Salam. Namaza yeni başladıqda şeytan müxtəlif üsullarla insanı Cənnətə aparan bu yoldan var gücü ilə çəkindirməyə çalışır. Amma Allaha təvəkkül edən insanlar üçün şeytanın tələsi zəifdir. Siz bu şeylərə fikir vermədən namaza davam edin, Quran oxunmasına çoxlu qulaq asın və özünüzü Quranla müalicə (ruqyə) edin. Həmçinin oxuyun: Cadudan, gözdəymədən və vəsvəsələrdən necə qorunmaq olar?

Teqlər: 
Paylaş: