Tövbə etdikdən sonra keçmiş illərin namazlarının qəzasını qılmaq lazımdırmı?

    15.10.2017
Sual: 
Salam əleykim.Əvvəla Allah sizdən razı olsun ki belə bir gözəl sayt açmısız bizdə suallarımızı sizə ünvanlayıb cavabların alırıq. Çox sağolun. Mən 14 yaşımda namaz qıldım və sora qılmadım. Yəni 14 yaşımda namazı tərk elədim. Mən bilən oglan uşaqlarına 15 yaşından sora günah yazılır səhf etmirəmsə.Bir sualın cavabına yazmısız ki əgər tövbə etsəz buraxdığınız qəzaları qılmaya bilərsiz. İndi sualım ondan ibarətdir ki 14 yaşımda namazı tərk etdiyimdə mənə günah yazılır. Əgər yazılırsada qəza yazılırsada səmimi qəlbdən tövbə etsəm buraxdıgım illərin qəzasın qılmaya bilərəm. Xaiş edirəm bu sualın cavabı mənim üçün çox önəmlidir. Xaiş edirəm ətraflı cavabın yazardınız.Allah sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. Həddi-büluğ yaşına çatandan sonra ağlı başında olan hər kəsə namaz qılmaq vacibdir. Namazı qəsdən buraxmaq ən böyük günahlardandır. Belə etmisinizsə, səmimi qəlbdən tövbə edərək çoxlu xeyirli əməllər edin və bir daha namazları buraxmayın. Buraxdığınız qəzaları qılmağa isə ehtiyac yoxdur. Həmçinin oxuyun: 
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Namazları qəsdən qəza etməyin günahı nədir? 

Teqlər: 
Paylaş: