Namaz qılan, oruc tutan insana cadu nə üçün təsir edir?

    18.10.2017
Sual: 
Salam. Qardashimin oglu nece ildiki namaz qilir, oruc tutur. Uc ildi aile qurub,qaynanasi terefinden cadulanib , yaxinlarina qarshi munasibeti deyishilib.Ozune bu haqda bir siz demek olmur. Namaz qilan insana, butun gunu zikr eden insana niye cadu tesir edir? Biz bu veziyyetde ne ede bilerik? Mumkunse fikrinizi bildirin. Tesekkur edirik.
Cavab: 
Və aleykum Salam. Namaz qılan insana cadunun təsir etməsi mümkündür. Ola bilər həmin insanın əməllərində müəyyən böyük günahlar var. Həmçinin, həmin insanın əqidəsində şirk, küfr və ya bidətin olması onun cadudan qorunmasına əngəl olur. Həmçinin, bu, Allahın bir imtahanı ola bilər. Hətta Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) cadu edilmiş və bu cadu ona təsir etmişdir. Daha ətraflı:
Paylaş: