Arzunun həyata keçəcəyi təqdirdə hicab bağlamaq olarmı?

    04.12.2017
Kimdən: 
sehla
Sual: 
salam men nezir itmisdim ki isim duzelsin hicaba keçecem ve allaha sukur istediyim alindi mende hicaba keçdim indi bu nezirim duz boyun almisam ya hicab vacib olduqundan nezir sayilmir
Cavab: 

Va aleykum Salam. Hicaba keçməyiniz münasibətilə sizi təbrik edirik, Allaha dua edirik ki, sizi xeyirli əməllərə müvəffəq edərək sonda Cənnətə daxil etsin. Hicab Allahın əmridir, Allahın əmrlərini hansısa arzunun həyata keçib-keçməməsindən asılı olmayaraq yerinə yetirmək hər bir müsəlmana vacibdir. Qadın hicab bağlamadığı hər günə görə günah qazanır. Daha ətraflı: Hicab - azadlıqdır!

Nafilə (əlavə) əməllər vasitəsilə arzunun həyata keçməsi üçün dua etmək olar, amma yaxşı olar ki, əvvəl əməl edib, sonra arzunun həyata keçməsini Allahdan istəyəsiniz. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurub: "Nəzir etməyin. Həqiqətən nəzir qədərdən heç nəyi dəyişmir. Nəzir yalnız paxıldan çıxar". (Muslim, 3096). Abdullah ibn Ömər (Allah onların ikisindən də razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) nəzir etməyi qadağan etmiş və belə demişdir: "Nəzir heç nəyi dəyişmir. Sadəcə olaraq onunla paxıldan mal çıxarılır". (əl-Buxari, 6693). Həmçinin, əgər nəzir deyilibsə, bunu yerinə yetirmək vacib olur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim Allaha itaət etməyi nəzir edibsə itaət etsin. Kim Allaha asi olmağı nəzir edibsə, asi olmasın". (əl-Buxari, 6696).

Teqlər: 
Paylaş: