Zöhr namazını gün batana qədər gecikdirmək olarmı?

    08.11.2017
Sual: 
Salam. Zohr namazini gun batana qeder qilmaq mumkundur? ve yaxud Sam namazini gece yarisina qeder qilmaq olar? bes Azan neye gore 3 defe oxunur?
Cavab: 
Və aleykum Salam. Zöhr namazını günbatana qədər gecikdirmək olmaz. Zöhr namazını yalnız səfər, xəstəlik və digər zəruri hallarda Əsr namazının vaxtı ilə birləşdirərək Əsr namazı ilə birlikdə qılmaq olar. Məğrib (Şam) namazını da, həmçinin, İşa namazı ilə birləşdirdikdə, gecənin yarısına qədər gecikdirmək olar. Bu yalnız zəruri hallara aiddr. Adi vaxtlarda isə hər namaz öz vaxtında qılınmalıdır. Namaz beş vaxtda olduğuna görə azan da gündə 5 vaxtda verilməlidir. Həmçinin oxuyun: 
Teqlər: 
Paylaş: