Ölmüş uşağımı Cənnətdə görə biləcəyəmmi?

    12.11.2017
Sual: 
Salam mən hamiləydim 7 ayımda həkim uşaqın qusurlu olduqunu dedi uşaq alımasa ikimizində öləcəyini dedi həkim uşaqı sunu doğuşla doğuldu sağ idi sora həkimlər öldüyünü dedi mənim gunahım varmı bunda birdə o uşaqı o dunyada görə biləcəm
Cavab: 
Va aleykum Salam. Uşağın ölümündə sizin günahınız yoxdur. Bu sizdən asılı olmayan səbəbdən baş vermişdir. Ölən uşağınızı Cənnətdə görmək məsələsinə gəlincə, yetkinlik yaşına çatmayan uşaqlar günahsız olduqlarına görə Allahın rəhməti sayəsində Cənnətdə olacaqlar. Əgər siz də Allahın razılığını qazanıb Cənnətə daxil olsanız, öz uşağınızı görərsiniz. Həmçinin, ölmüş uşaqlar Qiyamət günü müsəlman valideynləri üçün şəfaətçi olacaqlar. Daha ətraflı:
Paylaş: