İşlədiyim üçün üç dəfə namaz qıldığıma görə günah qazanıram?

    12.11.2017
Kimdən: 
Leyla
Sual: 
Salam aleykum. Mən işləyirəm və buna görə 3 vaxt namaz qılıram. Bu günahdırmı?
Cavab: 

Va aleykum Salam. Uca Allah bütün müsəlmanlara gündə beş vaxtda namaz qılmağı vacib buyurmuşdur. Uca Allah buyurur: "Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şərəfinə təriflər deyin!" (ər-Rum, 17-18).
Bununla yanaşı dinimiz namazları iki halda birləşdirməyə icazə vermişdir: səfərdə olarkən və zərurət yarandıqda. Əgər ciddi bir zərurət yaranarsa, zöhr və əsr, eləcə də məğrib və işa namazlarını birləşdirə bilərsiniz. Həmçinin oxuyun:
Zərurətdə namazı birləşdirmək olarmı?
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

Teqlər: 
Paylaş: