Xəstə olduğuma görə heç kəs mənimlə ailə qurmur...

    04.01.2018
Sual: 
Xesteyem deye heçkes menle aile qurmur. Uzulub ağlayıram bu dine gore doğrudurmu?
Cavab: 
Salam aleykum. Siz xəstəliyinizin sağalması və xeyirli bir insanla ailə qurmaq üçün Allaha dua edin və duanızın qəbul olması üçün  şəriətdə buyurulmuş vasitələrdən istifadə edin. Gündəlik 5 vaxt namazlarda, gecənin son üçdə birində və digər vaxtlarda israrla dua edin. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736).  Həmçinin oxuyun:
Dualarım qəbul olmur, nə edim? 
Paylaş: