Ərim hicabı çıxarmağımı deyir, nə edim?

    15.12.2017
Sual: 
Salam elekum men iki ildi hicabdayam yoldawim hicab yarawmir diye mene belke diyir cixasan mende pis oluram o ele diyende diyirem belke meni beyemez ama omur boyu cixmadar hicabdan mene bir mesleher vererdizde
Cavab: 

Va aleykum Salam. Ərinizin sizə belə deməsi doğru deyil, çünki hicab geyinmək Uca Allahın əmridir. Bu, şeytanın yoldaşınız vasitəsilə sizə bir vəsvəsəsi də ola bilər. Yoldaşınıza gözəl əxlaqla izah edin ki, hicab qadının namusu, gözəlliyidir və hicabı yaraşmaq üçün yox, Uca Allahın əmri olduğu üçün geyinirik. Belə məsələlərdə itaət yalnız Uca Allaha olmalıdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095). Daha ətraflı:
Hicab - azadlıqdır! 
Nə qədər dua etsəm də, anam hicab bağlamağıma icazə vermir

Paylaş: