Hər namazdan sonra Allaha dua etsəm qəbul olunarmı?

    10.01.2018
Kimdən: 
C.A
Sual: 
Her hansi bir isteyi her namaz qildiqdan sonra ureyden dua edib Allahdan onu istesek qebul olarmi?
Cavab: 
Va aleykum Salam. Haram şeyləri çıxmaq şərtilə istənilən bir neməti Allaha dua edərək istəmək olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736). Həmçinin buyurmuşdur: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Uca Allah ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da etdiyi duanın müqabilində bəlanı ondan uzaqlaşdırar". (İmam Əhməd, 3/18). Duanı isə namaz qıldıqdan sonra yox, namaz əsnasında səcdələrdə və ya namazı bitirməzdən əvvəl, salamdan qabaq etsəniz daha yaxşı olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:"Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Muslim, 782). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: