Ərim namaz qılmadığı üçün mənim onunla yaşamağım zina sayılırmı?
Sual:
As salam aleykum ve rahmetullahi ve bereketuh. Sualımı cavablandırdığınız üçün ALLAH sizden razı olsun.haqqınızı halal edin, size bir sualımda var, o sual ki, meni cox narahat edir. ALLAH üçün cavablandırarsınız in we ALLAh. Üzr isteyirem, heyat yoldaşımı defelerle islama devet etmeyime baxmayaraq ibadet etmir. Buna göre menim onunla aile olmağım mene zina sayılırmı? Pis insan deyil. Bacardığım qeder Tövhidi ona başa salıram. Bir çox şeyleride başa duşur. Buna baxmayaraq yoldaşımın ibadeti olmadığı üçün bezi insanlar mene günah ve zina sayıldığı üçün menim ondan ayrılmağımı isteyirler.ALLAH üçün mene meslehet verin. ALLAH sizi qorusun. As salam aleykum
Cavab:
Va aleykum Salam və rahmətullahi va bərakətuhu. Əgər əriniz özünə müsəlman deyir, lakin namaz qılmırsa, bu zaman o, cahil (avam) müsəlmanlardan sayılır və belə biri ilə ailəli olmağınız zina sayılmır. Ancaq bununla yanaşı səbirlə və Allahdan kömək istəyərək onu haqqa dəvət etməkdə davam edin, əxlaq çərçivəsindən kənara çıxmamaq şərtilə bunun üzərində israr edin. Sizə ərinizdən ayrılmağı məsləhət verən insanlardan uzaq olsanız yaxşı olar, çünki onlar gələcəkdə sizi dində şiddətli olmağa və təkfirçiliyə (öz əqidələrində olmayan hər kəsi kafirlikdə ittiham etməyə) yönəldə bilərlər. Daha ətraflı: Həyat yoldaşımı namaz qılmağa necə dəvət edim?