Həyat yoldaşımı namaz qılmağa necə dəvət edim?

    15.04.2017
Kimdən: 
Abdul Cəlil
Sual: 
Assalamu aleykum.Mən özüm Namaz qılanam Alhamdulillah...sasəcə arvadım qılmır...onu necə məcbur eləmək olar Namaz qılmaq üçün xajş edirəm mənə bir məsləhət verəsiz
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır". (Ta Hə, 132); "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). Ailə başçısı kişi olduğu üçün bu söz ilk növbədə ona aiddir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi ailənin idarə edicisidir və etdiklərinə cavabdehdir". (əl-Buxari, 2554; Muslim, 1829). Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554, 7138; Muslim, 1829). Siz həyat yoldaşınıza tövhidi (tək Allaha ibadət) və şirki izah edin, Allahın ad və sifətlərini mümkün qədər çox tanıtmağa çalışın. Daha sonra İslamın nə olduğunu və Allahın vacib əmrlərini çatdırın. Allahı tanıyan insan istər-istəməz Ona ibadət etmək istəyəcək. Bütün bunları gözəl əxlaq və səbrlə edin, danışdıqlarınıza özünüz əməl edin. Həmçinin, həyat yoldaşınızı tez-tez mömin bacılarla görüşdürün, məscidə və ya dini məclislərə aparın. Daha ətraflı: 
Paylaş: