Namazda dua nə vaxt edilməlidir və namazdan sonra əllər üzə çəkilməlidirmi?

    07.02.2018
Kimdən: 
samir nusalov
Sual: 
esselamu aleykum va rahmatullahi va barakatuhu.qardas elleri acib dua etmeye aid delil yoxdu demisiz namazdan sora.yaxsi ferz namazlarinin sonuncu secdesinde dua ede bilerikde ama imama uydugumuz ucun bunu ede bilmirik.bes biz duani ne vax ve nece edek.azan ve iqame arasinda elleri qaldirib dua etmek olarmi ve duadan sora elleri uze cekmeliyikmi cekmemeliyikmi?ferzi imamala qilib sunnetleri evde qilanda her sunnet namazin sonuncu secdesinde dua etmek olarmi?yoxsa ancax ferz namazlarinda olunmalidi mutleq budaki mumkun deyil imama bizi gozlemez
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. İstər fərz, istərsə də sünnə namazlarında səcdədə və namazın sonunda, salamlardan əvvəl istədiyiniz qədər dua edə bilərsiniz. Amma sonuncu səcdəni xüsusiləşdirib həmişə son səcdədə dua etmək doğru deyil, çalışın müxtəlif səcdələrdə dua edin. Həmçinin, azan və iqamə arasında da dua etmək icazəlidir. Dua etdikdən sonra əlləri üzə sürtmək sünnəyə müxalif olan əməldir. Bu haqda Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan hədis zəifdir. Ona görə bundan çəkinmək lazımdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: