Sevgilim olduğuna görə namaz qılsam, namazım batil olurmu?

    04.03.2018
Kimdən: 
ayşən
Sual: 
Essalamun aleykum . Mənim 16 yaşım var namazı bir müddət qımışam sadəcə bəzi səbəbə görə dayandırmışam ama yaxın müddətdə qayıdacam mənimsevgilim var namaz qılsam ona görə namazım batil olar? Bunuda deyim ki ailəmin razılığı ilədi. İndi mən nə etməliyəmki namazım batil sayılmasın.
Cavab: 
Va aleykum Salam. Namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59). 
Tezliklə namaza başlayın. Daha ətraflı: Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Sevdiyiniz bir insanın olması namazın batil olmasına təsiri yoxdur. Sadəcə münasibətinizin halal olub-olmamasına görə ayrıca (namaza aid edilməyərək) günah və ya savab qazana bilərsiniz. Əgər bu işdə niyyətiniz ailə qurmaqdırsa, münasibətiniz şəriətə müvafiqdirsə, onda savab qazanmış olursunuz. Həmçinin oxuyun: Sevib, sevilmək barədə
 
Paylaş: