Namaza başlaya bilmirəm, nə edim?

    05.03.2018
Kimdən: 
Umud
Sual: 
Salam.Men evvel namaz qilirdim.Artiq 1 aydan coxdurki namaz qilmiram.Herdefesinde deyirem qilmaga basliyacam qilacam ama alinmir bir sey cixir basim qarisir qilmiram.Ve deyirem Allahin izniyle qilacam qila bilmirem.Dusunuremki Yeqin Allahin izni yox imis namazi yeniden qilmaga.izni olsaydi qilardim.bele pis dusunub pis oluram bilmirem ne edim.goresen heqiqeten Allah qezeblenb menden uz cevirib artiq namaz qilmagimida istemir.Sizin fikrinizi oyrenmek isterdim
Cavab: 
Va aleykum Salam. Namaz qılmağa yenidən başlamaq üçün nəsə bir ilham, ilahi izn, yardım, xüsusi hazırlıq gözləmək lazım deyildir. Acizlik etmədən dəstəmaz alıb namaz qılın. Nəsə fikirləşib özünüzə narahatlıq gətirməyin. İnsan namaz qılmaq istədikdə, şeytan ona acizlik vəsvəsəsi verir. Vəsvəsəyə uyub namazı qılmadıqda şeytan insana "Allah səndən üz döndərib", "Allah sənə qarşı qəzəblənib" və s. bu kimi ifadələrlə vəsvəsələr verir. Bunlara əhəmiyyət verməyin. Namaza başlayın və imanı artıran səbəblərdən yapışın. Unutmayın ki, iman itaətlə artır, günahlarla da azalır. Daha ətraflı:
Paylaş: