Yaxşı əməli edib sevindiyimə görə onu ərimə danışa bilərəm?

    12.03.2018
Sual: 
Salam Aleykum.Sizə suallarım olacaq Allahın izniylə.Hicablı qadın qaşını ala bilərmi.əyər kimsə birini aldadıb ondan pul alərsa bu o adamın anası belə olsa onun aldadıldığını ona bildirmək lazımdır?Mən yaxşılıq etməyi kömək etməyi çox sevirəm və edirəmdə.Amma edəndən sonra sevinirəm və fikirləşirəmki mən yaxşı iş gördüm.bunu yoldaşımlada paylaşıram mən.mənim elədiklərim nə dərəcədə düz və yaxud səfdir.öncədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab: 
Va aleykum Salam.
1. Qaşları almaq günahdır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki: "Gözəl görsənmək üçün Allahın yaratdıqlarına dəyişiklik edərək döymə döyənə və döydürənə, qaş aldıranlara Peyğəmbər (salləllahu aleyhi və səlləm) lənət etmişdir". (ət-Tirmizi, 3010). 
Əgər həddən artıq çoxdursa və görünüşə ciddi xələl gətirirsə, bu halda qaşları bir az götürərək düzəltməyə icazə verilir.
2. Aldatmaq, fırıldaqçılıq etmək böyük günahdır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinə bazarında gəzərkən əlini bir satıcının malının içinə saldı. Barmaqları nəm oldu. Bunu görən Rəsulullah (salləllahu aleyhi və səlləm) satıcını: "Bu nədir?" - deyə tənbeh etdi. Adam: "Ya Rəsulallah, yağıș islatdı", - deyə özünü müdafiə edincə: "Yaș tərəfi üstə, göz qabağına qoya bilməzdin? Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil" deyə buyurdu". (Muslim "İman", 1/99, 164).
Pisliyi aradan qaldırmaq məqsədilə aldadılan adama aldanması barədə xəbər vermək olar. Həmçinin oxuyun: Bir insanı günahdan necə çəkindirmək olar? 
3. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kimin savab işləri onu sevindirib, günahları kədərləndirirsə, o mömindir". (ət-Tirmizi, 2165, 2318).
Yaxşı iş görüb onu kiməsə danışmaq olar, lakin gizli saxlamaq daha yaxşı hesab olunur. Uca Allah buyurur: "Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz. Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Bəqərə, 270-271).
 
Paylaş: