Sağ tərəfə uzanaraq 100 dəfə İxlas surəsini oxumaq bidətdirmi?

    22.04.2018
Kimdən: 
Vüsal.B 01.03.2018
Sual: 
Salam.Tesekkür edirem suallara göre ALLAH size yar olsun indi ise suallara kecmek isteyirem. 1.Her gün seher axsam yuxuda sag terefe uzanaraq Peygemberimize üreyimde100 defe salavat getirirem bu düzgündür? yoxsa bidetir? yeni ürekde salavat demek olar? 2."Ixlas"sözünün menasi nedir? Yuxuda sag terefe uzanaraq 100 defe ixlas deyen adam cennete düsür?bu dogrudur?yoxsa xurafatdir? 3.Iranli Eli Xemseye Qezvin'in "Salavat"kitabini oxumaq olarmi? bu bidet deyil ki? 4."Tövbe" suresinde ALLAH "Mütteqi"leri sevir. "Mütteqi"sözünün menasi nedir?
Cavab: 
Va aleykum Salam.
1. Peyğəmbərə (salləllahu aleyhi və səlləm) Quran və Sünnədə buyurulan qaydada salavat gətirmək bidət yox, əksinə savabdır. Ancaq bunu xüsusiləşdirərək müəyyən sayda etmək bidətə (dində yenilik) səbəb ola bilər. Həmçinin duaları, zikrləri yavaş da olsa, dil ilə tələffüz edərək oxumaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) de­miş­dir: "Uca Allah buyurur: "Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə, Mən onunlayam". (İbn Məcəh, 3792). Hədisdəki "Mən onunlayam" - ifadəsinin mənası, "Mənim yardımım, müvəffəqiyyətim və onu məqsədinə çatdırmağımla onunlayam" - deməkdir. Daha ətraflı:
2. "İxlas" sözünün hərfi mənası saf deməkdir. Terminoloji mənası isə insanın təmiz niyyətlə, könüldən Allaha iman gətirməsi, Ona səmimi qəlbdən bağlanması deməkdir. İxlas surəsinin fəziləti haqda bir çox hədislər var. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmusdur: "Kim əl-İxlas surəsini on dəfə oxuyarsa, Allah ona cənnətdə bir ev tikər". ("Səhih əl-Cami" kitabı, 6472). Amma sağ tərəfə uzanıb yüz dəfə deməyə aid səhih hədis yoxdur. Yuxuda sağ tərəfə uzanaraq İxlas surəsini 100 dəfə oxuyan adamın cənnətə düşməsi barədə İslam dinində heç nə buyurulmayıb və bu əməli sünnədən hesab edərək etmək bidət sayılır. Həmçinin oxuyun:
3. Qeyd etdiyiniz alim və kitabı barədə məlumatımız yoxdur. Əgər həmin kitab Qurana, Sünnəyə və səhabələrin fəhminə (dini necə başa düşmələrinə) əsaslanırsa, onda onu oxuya bilərsiniz. Əgər kitabı yazan insan özü bidətçidirsə (dində olmayan yeniliklər edirsə), Məsələn, Allahdan başqasına dua etməyi icazəli görürsə, peyğəmbərin etmədiyi şeyləri ibadət sayırsa (məsələn, özünü döymək və özünə zülm etmək),  bu halda onun kitablarını oxumaqdan çəkinmək lazımdır. Hər bir müsəlman elmi, dinini kimdən öyrəndiyinə fikir verməlidir. Necə ki, İbn Sirin (Allah ona rəhmət etsin) demişdir: "Həqiqətən də bu elm itaətdir (borcdur, əmanətdir). Dininizi kimdən aldığınıza diqqət yetirin". (əl-Masdarus-Sabiq, 1/44; Muslim, 1/23; ad-Darimi, 1/124; əl-Xatib əl-Bağdadi, 2/92).
4. Uca Allah buyurur: "Həqiqətən, Uca Allah müttəqiləri sevir". (Ali-İmran, 76; ət-Tövbə, 4-7-44; Məryəm, 85). Müttəqi - təqva sözünün feli olub mənası Allahdan qorxan deməkdir. Daha ətraflı: "Təqva" nə deməkdir?
Teqlər: 
Paylaş: