"Microblading" və "permament" üsulu ilə qaşları aldırmaq olarmı?

    26.05.2018
Kimdən: 
Gunel
Sual: 
Salam. Hal hazirda microblading ve permament debdedir bunu bilirsiz. Men bilmey istiyirem namaz qilan xanim buni qawina eletdirse olar? Men esitdim namaz qilan xanim bu ikisinnen hec birin ede bilmez. Zehmet olmasa melumat vererdiz. Onceden cox sag olun.
Cavab: 

Va aleykum Salam. Qeyd etdiyiniz üsullarda qaş tükləri qırxılaraq yerinə daimi və ya müvəqqəti döymə (tatuaj) çəkilir. Ümumən qaşa hər hansı dəyişiklik etmək qadağandır. Bədənin digər yerlərinə döymə vurmaq da qadağandır, yalnız xına və silinə bilən tatuajlar istisnadır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin". (əl-Buxari "Libas", 84; Muslim "Libas", 120). Həmçinin oxuyun: Qaş və üz tüklərini almaq günahdır?

Paylaş: