Qaynanam məndən çox uşaq dünyaya gətirməyi tələb edə bilərmi?

    09.07.2018
Kimdən: 
Vusale
Sual: 
Salam coxsagolun cavablandirdiginiz ucun menim qaynanam deyirki 4 uşaq dunyaya getirməlisen men isə istemirem artiq 2 ci uşagim olacaq ona qarşı cixmagim gunahdirmi hemde saxloya bilmirem şəraitim cox cetindir
Cavab: 

Va aleykum Salam. Dinimiz müsəlmanları nəslin artırılıb övladların çoxaldılmasına rəğbətləndirmiş və insanın evlənməsinin ən başlıca səbəblərindən birinin də nəslin artırılması olduğunu bəyan etmişdir. Uca Allah buyurur: "...Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın...". (əl-Bəqərə, 187). İbn Abbas (Allah ondan razı olsun ), Mücahid, İkrimə, Həsən əl-Basri və Dahhak (Allah onlara rəhmət etsin) kimi böyük təfsir alimləri bu ayədə keçən "Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın" ifadənin təfsirində demişlər ki, yəni övladlara nail olmağa çalışın deməkdir. əl-Qurtubi (Allah ona rəhmət etsin) isə bu ayənin təfsirində belə demişdir: Məa'qəl ibn Yəsar (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bir kişiyə çox sevən və çox uşaq dünyaya gətirən qadınlarla evlənin demişdir. Həqiqətən mən qiyamət günü ümmətimin çoxluğu ilə fəxr edəcəm. (Əbu Davud, 2050; ən-Nəsai, 3227; əl-Albani "Adəbuz-Zifaf" səh, 132).
Ancaq hər bir halda neçə uşaq dünyaya gətirmək ər və arvad arasında həll edilən, onların istəklərinə bağlı olan məsələdir. Hətta qaynana, qaynata kimi yaxın qohumların da bu işə müdaxilə etməsi düz deyil. Odur ki, neçə uşaq dünyaya gətirmək məsələsində qaynananızın sizə qoyduğu tələblərə əməl etməməniz günah deyil. Amma bunu onların xətrinə dəymədən, gözəl əxlaqla və söz-söhbət çıxarmadan etməlisiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Kiçiyimizə mərhəmət göstərməyən, böyüyümüzə də hörmət etməyən bizdən deyildir". (ət-Tirmizi, 1919). Digər bir hədisdə isə belə demişdir: "Yaşlılara hörmətin sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Uca Allah gənclərdən köməyini əsirgəmir"(ət-Tirmizi, 1702). Həmçinin oxuyun:
İkinci uşağım olarsa, dolanışığımızın çətin olacağını düşünmək günahdırmı?
Qaynanamla yola getmirəm, nə edim?

Teqlər: 
Paylaş: