Namazı necə qılmağın fərqi varmı?

    09.07.2018
Kimdən: 
Amaliya
Sual: 
Namazın fərqi var necə qılıram ?
Cavab: 

Va aleykum Salam. Namaz da daxil olmaqla hər bir əməlin qəbul olunmasının əsas şərtlərindən biri həmin əməli Uca Allahın və Onun Rəsulunun buyurduğu şəkildə etməkdir. Haqq yol Quran və Səhih hədislərə əsaslanan yol və ən doğru namaz da Allah Rəsulunun (Allahın ona və ailəsinə salamı və salavatı olsun) qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "...Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən,  Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması səhih mənbələrdə rəvayət olunmuşdur. Saytımızdakı namazın qılınma qaydası videosu həmin mənbələr əsasında hazırlanmışdır. Həmçinin oxuyun: Əməllərin qəbul olunması üçün hansı şərtlər var?

Teqlər: 
Paylaş: