Namaz qılanda ağlımdan ədəbsiz şeylərin keçməsi nədən ola bilər?

    20.07.2018
Kimdən: 
Efsane
Sual: 
Salam men qüsullu oldum olmadım yuxumda özümü mürdar ve terbiyesiz şeylerde görürem hemişe.men icablıyam amma yuxuda özümü başı açıq görürem.birde namaz qılanda ağlımnan terbiyesiz şeyler keçir.evvelceden çox sağolun.
Cavab: 
Va aleykum Salam.
Şeytanın vəsvəsə üsullarından biri də yuxuda şəhvət səhnələrini göstərməsidir. Bundan qorunmaq üçün yatmazdan qabaq Ayətul-Kursi və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) öyrətdiyi digər zikrləri oxumaq lazımdır. Bu cavabları oxuyun:
Namazda şeytanın vəsvəsələrinə fikir verməyərək fikrinizi toplayın. Osman ibn Əbu əl-Asdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu (Mütilik, Allahdan qorxaraq qəlbin Ona yönəlməsinə "xuşu" deyilir) ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona belə cavab verdi: "O, Xinzəb adlı Şeytandır. Əgər onu hiss edərsənsə, "əuzu billəhi minəş-şeytanir-racim" deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür (nəfəs ver!)". Səhabə deyir: "Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı". (əl-Buxari, 3282; Muslim, 2610). Daha ətraflı:
Teqlər: 
Paylaş: