Dostunu tövbəyə çağırmaq vacibdirmi?

    09.08.2018
Sual: 
Dostuma bu gunahi etdim sonra tovbe etdim sen tovbe et demek duzgundur
Cavab: 

Salam aleykum. Başqalarını xeyirə çağırmaq və qadağan olunan işlərdən çəkindirmək hər bir müsəlmana vacibdir və ona savab gətirir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır". (Ali İmran, 104).
"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi, 1-3). 

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Sizdən əvvəlki ümmətlərdən biri günah etdikdə digəri gələrək ona: "Ey insan, Allahdan qorx! Səhəri sanki onu günah edərkən görməmiş kimi onunla birlikdə oturar, yeyər və içər. Allah onların belə etdiklərini gördükdə qəlblərini bir-birinə bənzədər və sonra da onları Peyğəmbərləri Davud və İsanın (Allahın onlara salamı olsun) dili ilə lənətləyər. Bu onların üsyan etmələri və həddi aşmalarına görə idi. Muhəmmədin nəfsi əlində olana and olsun ki, ya siz yaxşılığı əmr edib, pislikdən çəkindirər, zalımı əlindən tutaraq pislikdən çəkindirər, ya da Allah qəlblərinizi bir-birinizə bənzədər, sonra da onları lənətlədiyi kimi sizi də lənətləyər". (Əbu Davud, 4337; ət-Tirmizi, 3047). Həmçinin oxuyun:
Bir insanı günahdan necə çəkindirmək olar?
İslam dəvət necə aparılmalıdır?
Günahlardan çəkinmək üçün nə etmək lazımdır?

Paylaş: