Dindən xəbəri olmayanlar Cənnətə girəcəkmi və onları dinə dəvət etmək lazımdırmı?

    18.08.2018
Kimdən: 
sheereenova
Sual: 
- 1.biz bilirik kidindən xəbərsizlər buna görə cəzalanmırlar 2. Əsl həqiqəti bu din bilir 3. (və ən maraqlısı) Bu həqiqəti insanlara öyrətmək lazımdır. Yəni burdan o məntiq çıxır ki, yaxşı əgər dindən xəbərsizlər onsuzda cənnətə gedirsə , onlara dini yayamağın ,dini öyrətməyin anlamı nədi?(bəs onda niyə siz Cənnətlik camaatı zibilə salırsız?)
Cavab: 
Salam aleykum. Dindən xəbərsiz, dəvət ona gəlib çatmamış insanların birbaşa Cənnətə girəcəyi fikri səhvdir. Uca Allah onları qiyamət günü xüsusi imtahan edəcək və bundan asılı olaraq Cənnətə və ya Cəhənnəmə girəcəklər. Ətrafındakı insanlara Allahın əmrlərini çatdırmaq, onları haqqa dəvət etmək isə hər bir müsəlmanın vəzifəsidir, həmçinin ən çox mükafatı olan əməllərdəndir. Uca Allah buyurur: "And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi). Daha ətraflı:
Paylaş: