Namazda şəhadət barmağını tərpətmək hansı məzhəbə aiddir?

    05.09.2018
Kimdən: 
Surayya
Sual: 
Salam aleykum.men şie namaz qılıram namazda şehadet barmağını terpetmek sünü namaz qılanlara aittir deyirler bu doğru melumatdırmı yoxsa ferq etmirmi ve bunu etmenin nece bir savabı var?
Cavab: 
Va aleykum Salam. Namazı Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi qılmaq lazımdır. Şəriətə görə də təşəhhüdü deyərkən sonuna qədər şəhadət barmağını yüngülcə tərpədmək lazımdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) barmağını qaldırardı, tərpədərdi və dua edərdi və deyərdi: "Bu barmağın (şəhadət barmağının) işarəsi şeytan üçün dəmirdən də ağırdır". (İmam Əhməd; əl-Bəzzar; Əbu Cəfər və digərləri. Həsən (yaxşı) hədisdir).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması isə daha ətraflı səhih mənbələrdə rəvayət olunmuşdur. Saytımızdakı Namaz qılmaq qaydası haqqındakı VİDEO da həmin mənbələr əsasında hazırlanmışdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: