İblis kimdir?

    05.10.2018
Sual: 
iblis nədir,
Cavab: 

Salam aleykum. İblis şeytanların başçışıdır. Uca  Allah buyurur: "Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. Allah dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?" İblis dedi: "Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" Allah dedi: "Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!" İblis dedi: "Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver". Allah dedi: "Sən möhlət verilənlərdənsən – vaxtı məlum olan günə qədər!" İblis dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!" Allah dedi: "Budur haqq! Mən yalnız haqqı deyirəm! Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!" (Sad, 71-85). Daha ətraflı:

Şeytan nədir?

İblis Adəmlə bir yerdə Cənnətdə olubmu? Cənnət haradadır?


Paylaş: