İstirca duası necə oxunur?

    15.09.2018
Kimdən: 
Shamil
Sual: 
AssalamAleykum qardaw isterca kelmesin yaza bilersiz mumkunse?
Cavab: 

Va aleykum Salam. İstirca ərəb mənşəli söz olub mənası insanın başına müsibət gəldiyi vaxt oxuduğu duadır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir müsəlmanın başına bir müsibət gəldikdə? Allahını əmr etdiyi (İnnəə lilləəhi və innəə ileyhi raciuun - إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ) sözünü söylər və (Allahummə əcirni fii musiibəti va-x'luf lii xayran minhəə - اللَّهُمَّ أَجِرْنِي فِي مُصِيبَتِي وَاخْلُفْ لِي خَيْرًا مِنْهَا) deyə dua edərsə, mütləq Uca Allah ona daha xeyirlisini verər". (Muslim, 918).
Qurani Kərimdə də istirca aşağıdakı kimi vurğulanıb. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Həmçinin oxuyun: Müsəlman qalası: Başına müsibət gələnin duası

Teqlər: 
Paylaş: