Başqasını pisləyən insanın cavabını vermək haqqında

    21.10.2018
Kimdən: 
GULAY
Sual: 
Salam Aleykum. Bizlere komek olursuz. Allah sizden razi olsun INSALLAH.bir insan cox pis fikirli paxildir qarsisindaki insani her zaman pisleyir onun paxilligini cekir basqalari yaninda onu ezir men ise buna dozmeyib suhbete mudaxile edib onun cavabini verdim.o eseblesdi belkede qelbi qirildi amma sehv hemise ondadir bu tek menim fikrim deyil herkes bele deyir.SIZDEN SORUSACAGIM NUDURKI MEN GUNAH ETMIS SAYILIRAMMI? COX UZGUNEM AMMA HAQQLIYAMDA.
Cavab: 
Va aleykum Salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) demişdir: "Bir-birinizə qarşı həsəd aparmayın, malı satmaq üçün bir-birinizi aldatmayın, bir-birinizə nifrət etməyin, bir-birinizdən üz çevirməyin, biriniz digərinin satışına qarışmasın və Allahın qardaş bəndələri olun. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu alçaltmaz, aldatmaz və təhqir etməz". Sonra üç dəfə: "Təqva buradadır" deyərək: – əli ilə sinəsinə işarə etdi. "Müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır". (əl-Buxari, 6066; Muslim, 2564). 
Həmçinin qüdsi hədislərin birində Uca Allah buyurur: "Ey Mənim bəndələrim, mən zülm etməyi özümə haram etmişəm. Sizin də bir-birinizə zülm etməyinizi haram etmişəm. Bir-birinizə zülm etməyin". (Səhih Muslim).
Beləliklə, zülmün qarşısını almaq məqsədilə İslamın buyurduğu şəkildə məzlumların, zəiflərin haqlarını müdafiə etdikdə, onlara kömək etdikdə zülm edən tərəfin qəlbi qırılsa belə günah qazanmırsınız. Əksinə, zülmə məruz qalanı ədalətli şəkildə müdafiə etmək bəyənilən əməldir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır". (əl-Maidə, 8).
Həmçinin zülmün qarşısını almaq istəyən adam öz vəzifəsini ən yüksək səviyyədə yerinə yetirməlidir ki, həddini aşaraq qarşısındakına zülm etməsin və onu təhqir etməsin. Doğru-düzgün nəsihət yolunu seçməklə müsəlmanlar arasında əmin-amanlığın bərqərar olmasına və zorakılıq etmədən zülm edən tərəfi etdiyi günahdan çəkindirməyə çalışsın. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Qardaşın zalım və ya məzlum olarkən ona kömək et!" Orada olanlar dedilər: məzlum olarkən kömək etmək aydındır. Bəs zalım olanda necə kömək edək? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onu zülm etməkdən çəkindirirsən. Bu ona kömək etməkdir". (Səhih əl-Buxari).
Habelə, hər olunan zülmə qarşı əllə və ya dillə çıxılması, ona etiraz edilməsi ondan daha böyük fəsada aparacaqsa, bu halda heç nə demədən həmin yeri tərk etmək daha yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən bir kimsə münkər (pis, günah) iş görərsə, bacarırsa onu əli ilə dəf etsin, onu bacarmazsa dili ilə, onu da bacarmazsa qəlbi ilə dəf etsin ki, bu da imanın ən əşağı – və ya ən zəif – dərəcəsidir". (Muslim, 49). İslam alimləri demişlər ki, qəlb ilə dəf etmək həmin günah olan yeri tərk etməkdir.
Həmçinin demişdir: "Kim müsəlman qardaşına kömək etmək iqtidarında olduğu halda onu alçaldarsa, qiyamət günü Uca Allah da onu hamının qarşısında alçaldacaqdır". (İmam Əhməd). Elm əhli bu hədisin şərhində demişlər ki, müsəlmanı alçaltmaq yəni, ona kömək etməkdən boyun qaçırmaq, ona xəyanət olunduğunu, alçaldıldığını, zülm olunduğunu, namusuna toxunulduğunu və s. gördüyün halda buna əhəmiyyət verməmək, ona kömək etməməkdir. Həmçinin oxuyun:
Paylaş: