İslamdan qeyri dinlərə iman gətirənlər cənnətə düşəcəklərmi?

    14.03.2014
Sual: 
Salam aleykum. Hazirda yashadigimiz dovrde islam dininden bashqa dinlere inanan insanlar cennete dusheceklermi? Xahiş edirem ki, bu barede etrafli yazardiniz. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Xeyir, cənnətə düşməyəcəklər. Baxın, Allah Təala bu barədə belə buyurur: "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali İmran, 85).
Həmçinin, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Mənim haqqımda eşidən xristian və yəhudi iman gətirməzsə, Uca Allah onları cəhənnəmə atacaqdır". (Səhih Muslim, 153).
Yəni indi hal-hazırda yaşayan elə bir insan ola bilməz ki, İslam haqqında məlumatı olduğu halda başqa dinə mənsub olub cənnətə daxil olsun. Bu ola bilməz, çünki Allah qatında haqq din yalnız islam dinidir. Uca Allah Qiyamət günü İslam dinindən başqa din qəbul etməyəcəkdir. Həmçinin oxuyun:
Din nədir?
Necə oldu ki, dünyadakı insanlar İslam dinini tanıdılar?

 

Paylaş: