Sevmədiyim insanla ailə qurmağa razı olmadığıma görə günah qazanıram?

    16.11.2018
Kimdən: 
Əsli
Sual: 
Salam.Neçə gündür demək olarki başımı itirmişəm.Ailəm məni sevmədiyim istəmədiyim birinə vermək istəyirdi mən qarşı çıxdım razı olmadım.Amma hamı üstümē gəldi ki ALLAH onu sənin qismətinə yazmışdı rədd etdin.Üzr istəyirəm falçı qapısına belə gedib ailəm o da eyni sözü deyib.(Eslində falçıya inanmasam da psixoloji təsir edir bunlar)Mən də hələ neçə il bundan əvvəl yuxumda həmin adamı görmüşdüm(qismətim kimi).Yəni hər kəs və hər bir hadisə eyni şeyi bildirir mənə.Indi qorxuram elə bilirəmki günaha girmişəm.ALLAHIn yazdığı qədərə qarşı çıxmışam.Görəsēn özüm qərar verməkdə günahmı etdim deyə düşünürəm?
Cavab: 
Va aleykum Salam. Valideyn və ya himayədar ərə verdiyi qadından bu haqda icazə alması vacibdir. Əgər qadın razı deyilsə, valideynin və ya himayədarın onu məcbur etməsi qadağandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onun susması icazəsi deməkdir". (əl-Buxari, 5136).
Rəvayət edilir ki, bir qız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Atam öz mövqeyini yüksəltmək üçün məni qardaşı oğlu ilə evləndirdi". Allah Rəsulu (salləllahu aleyhi və səlləm) qızın atasını çağırtdırdı və qıza seçim etmək hüququ verdi. Qız dedi: "Atam deyənlə razıyam, lakin istəyirdim digər qadınlar bilsinlər ki, onların atalarının bunu etmək hüququ yoxdur". (İbn Məcəh, 1874).
Qədəri, gələcəkdə baş verənləri Allahdan başqa heç kəs bilməz. Ona görə də qədərə qarşı çıxmaq mümkün deyildir. Qadının ailə qurmaq məsələsində öz seçimini etməsi isə günah yox, əksinə, bu onun haqqıdır. Daha ətraflı: 
Teqlər: 
Paylaş: