Sevdiyim insan namazı tərk etmədiyim halda mənimlə ailə qurmayacağını deyir

    17.03.2014
Sual: 
Salam aleykum. Sevdiyin insan desə ki. namaz qilma, yoxsa evlənməyəciyik. Ailəm namaz qilmaga razi deyil. Belə vəziyətdə nə etmək olar? Yəni namazı tərk etsək gunah olar?
Cavab: 

Aleykum salam. O insan sizi sevirsə, sizin yolunuzu azmağınızı və əzab çəkməyinizi istəməz. Çünki namazı tərk etmək insanı axirətdə əzab çəkməsinə səbəb ola bilər. İstər kişi, istər qadın üçün namaz qılmaq Allahı razı salan və Onun əbədi səadət diyarı olan Cənnətini qazandıran ən böyük səbəbdir. Siz ona gözəl tərzdə izah edin ki, namaz qılmamaq böyük günahdır. Odur ki, insan özü günah etməklə yanaşı sizi də Uca Allahın əmrinə qarşı çıxmağa təhrik etməsin, çünki bu çox böyük bir günahdır. Həmçinin namaz qılmaq bu dünya həyatında da sizin gələcək ailənizin möhkəm, çətinliklərə qarşı səbirli, namuslu, iffətli olması üçün xeyirdir. Əgər təkid etsə, ondan ayrılmanız sizin üçün daha xeyirlidir, çünki Qiyamət günü ilk soruşulan əməl namaz olacaq və heç kim başqasının köməyinə gələ bilməyəcək. Həmçinin oxuyun:
Qaynanam namaz qılmağa qoymur

Teqlər: 
Paylaş: