Allaha şərik qoşan, namaz qılmayan insanla evlənməyə görə Allah mənə qəzəblənərmi?

    24.11.2018
Kimdən: 
ummuvushala
Sual: 
Əssalamu aleykum.men evlenmek haqqinda sizden meslehet isdeyirem. 19 yasm var dinime cox bagli birirem dinin butun emrlerini hevesnen yerne yetrmeye can atram. ama evlenmek haqqinda problem yasayram her kes musrikdir. Etrafmda olanlar Allah a serik qosanlardir men onlarla evlebe bilmerem axi. Gerey evlendiyim adam muselman olsun en azi menim kim kimi olmalidir.. bir adam var xalam ogludur ama namaz qilmr evlenende sora qilacam deyir indi islediyim ise gore alnmr. Men muselman olmayan namaz qilmayan biri ile evlensrm Allah mene cox qezeblener? Men heqiqeten cixlmaz veziyetdeyem. Valdeyinlerim her elci gelen musrike meni vermek isdeyir.
Cavab: 
Və aleykum Salam. Sizin müşrik adlandırdığınız şəxslər özlərinə müsəlman deyirlər, lakin bilməyərəkdən şirk, küfr əməllər edir, namaz qılmır və İslamın buyurduğu digər ibadətləri yerinə yetirmirlərsə, bu o demək deyildir ki, onlar müşrikdirlər. Müşrik İslamdan qeyri dinlərə özlərini nisbət edən və Allahdan qeyrisinə ibadət edən, Allahın təkliyini, Muhəmmədin (salləllahu aleyhi və səlləm) peyğəmbərliyini qəbul etməyən insandır. Habelə, bir insan özünü müsəlman sayır, Allahın təkliyini, Muhəmmədin peyğəmbər olmasını qəbul edir, amma bilmədən bu əsaslara zidd olan əməllər edirsə, o, cahil və avam müsəlmanlardan sayılır. Belələrinə haqqı başa salmaq və onları şirkdən çəkindirmək lazımdır. Uca Allah buyurur: "... və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: "Sən mömin deyilsən!" - deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi..." (ən-Nisa, 94). 
Şəriətimizə görə belə bir şəxslə ailə qurmaqda bir qadağa yoxdur. Lakin, bununla yanaşı Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olan, Allahdan qorxan, ibadət edən əməlisaleh insanlarla evlənməyə təşviq etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr (Allah onlardan razı olsun) dedilər: "Ey Allahın Elçisi (salləllahu aleyhi və səlləm)! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrar etdi". (ət-Tirmizi: 1084, 1085; İbn Məcəh, 1967). Həmçinin, oxuyun:
Paylaş: