Uşaqlıqdan məni homoseksuallığa öyrəşdiriblər, buna görə günah daşıyırammı?

    28.12.2018
Kimdən: 
qul
Sual: 
salam meni birinci sinifde oxuyanda atamin emisi nevesi Usaq ola ola mene cinsi elaqe edirdi hele aglim kesmirdi Meni ele ele 19 yasima kimi ele etdi men hec kese deye bilmedim Duzdu kimlese cinsi elaqede olmuram Onla 7ci sinifden sonra cinsi elaqeye girdim O da usaq vaxtdan meni ele seye alet etdiyi ucun indi men Bu hissi ata bilmirem Allah qarsisinda kim gunahkar hesab olunur Meni bu Seye Adet etdiren yoxsa her ikimiz ama xahis linke yoneltmeyin oz sozunuzle yaZin
Cavab: 
Və aleykum Salam. Qeyd etdiyiniz əməl böyük günahlardandır və Lut qövmünün əməllərindədir. Lut qövmünün əməlini edən də böyük günah qazanır və Allahın lənətinə düçar olur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "…Lut qövmünün əməlini edənə Allah lənət etsin!" (İmam Əhməd, 1878).
Burada hər ikiniz də günah daşıyırsınız. Xüsusən də ağlınız kəsəndən sonra buna yol verməməli, davam etməməli və ya yaxud şikayət etməli idiniz. Əgər bağışlanmaq istəryirsinizsə, xalis bir şəkildə səmimi (edilən günahın çirkinliyini insanın bilməsi, bunu vicdanının qəbul etməsi və onu etdiyinə görə olduqca çox peşman olmasıdır) qəlbdən bir daha o günaha qayıtmamaq üzrə tövbə etməlisiniz. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135).
Alimlər deyirlər ki, kim belə bir ağır günaha peşman olaraq səmimi tövbə edərsə, Allahdan bağışlanma diləyərsə, o işə qayıtmayacağını əzm edərsə və namaz, oruc, həcc, sədəqə, nafilə ibadətlər, valideynlərə yaxşılıq etmək və s. bu kimi yaxşı əməllərini artırarsa, Allah da onun tövbəsini qəbul edər və günahı bağışlayar. Hətta belə bir çirkin əməlini kiməsə etiraf etməyə və ya üzərinə şəriətin təyin etdiyi cəza həddinin qaldırılmasına da ehtiyac qalmaz. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (ət-Təhrim, 8). Allah Təala insanlara "səmimi şəkildə tövbə edin" deyərkən, bəndəsinin etdiyi günah səbəbi ilə kədərlənib vicdan əzabı çəkməsini istəməkdə və onun öz-özünə "mən artıq bu günahı bir daha etməyəcəyəm" deyə söz verməsini gözləməkdədir. İnsanı qurtaracaq olan səmimi, xalis və həqiqi tövbə məhz budur. İşlədiyi günahdan böyük peşmançılıq hissi keçirən kimsə, tövbə etdiyini dili ilə söyləyərkən, qəlbi də həqiqətən peşmanlıq duymalı, bədəni günahdan uzaq durmalı və o mövzudakı qüsur və nöqsanlarını aradan qaldırmağa çalışmalıdır. Qeyd edilən günaha görə bu şəkildə tövbə edənin sonradan evlənməsində, ailə-uşaq sahibi olmasında heç bir qəbahət yoxdur. Həmçinin həmin günahı yada salan insanlardan, yerlərdən və vasitələrdən uzaq durmaq, mömin insanlarla oturub-durmaq, məscidə getmək və İslami biliklərinizi artırmaq lazımdır. Həmçinin oxuyun:
Paylaş: