Homoseksuallıq günahı və onu necə unutmaq barədə

    03.03.2016
Kimdən: 
Nicat
Sual: 
Ve Selam Alekum. sualima gore uzur isteyirem bilmey isteyirem dinde hemcinsliye yeni ( homolug geyliye) gore gunah varmi?
Cavab: 

Va aleykum Salam. Homoseksuallıq Allahın qəzəbinə səbəb olan ən çirkin əməllərdən biridir. Uca Allah homoseksuallıq və lesbiyanlıq edən qövmə Lut peyğəmbəri (Ona Allahın salamı olsun) onları xəbərdar etməsi üçün göndərib. Lakin, onlar Lut peyğəmbərə (Ona Allahın salamı olsun) qarşı çıxdıqdan sonra Allah onları məhv etmişdir. Uca Allah buyurur: "Lutu da elçi göndərdik. Bir zaman o, öz qövmünə demişdi: "Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız". Onun qövmünün cavabı: "Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır"– deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu". (əl-Əraf, 80-84).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şey Lut qövmünün əməlidir". (ət-Tirmizi, 1457). Digər hədislərdə buyurulmuşdur:
"…heyvan ilə cinsi yaxınlıq edənə Allah lənət etsin (və yaxud lənətlənmişdir), Lut qövmünün əməlini edənə Allah lənət etsin (və ya lənətlənmişdir)". (İmam Əhməd, 1878).
"...
Lut qövmünün etdiyi əməli edən lənətlənib". (İmam Əhməd, 1875).
İbn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünü kişilərə bənzədən qadınları, həmçinin özünü qadınlara bənzədən kişiləri lənətləmişdir. (Əbu Davud, 4099). 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz)". (Muslim, 338). 
Bu günahı tərgitmək üçün Allaha səmimi qəlbdən, peşman olaraq tövbə edin və Allaha çoxlu dua edin ki, sizi bu günahdan qorusun. Bu barədə sizə gələn fikirlərə əhəmiyyət verməyin, çünki bu şeytanın vəsvəsəsidir, vəsvəsə isə əhəmiyyət verildikdə çoxalır, fikir vermədikdə isə yox olub gedir. Namaz qılın, hər gün Quran oxunmasına qulaq asın (çünki Quran şeytanı uzaqlaşdırır), möminlərlə dostluq edin, məscidə çox gedin, günahı yada salan yerlərdən, vasitələrdən (internet, filmlər və s.) və insanlardan uzaqlaşın və digər amillərə fikir verin. Daha ətraflı:
Günahı necə tərgitmək olar?
Tövbə etsəm, Allah məni bağışlayarmı?

Paylaş: