Qəlbim çox sıxılır və rahatlıq tapa bilmirəm, nə edim?

    18.02.2019
Sual: 
As salamu aleykum. Size bir sualim olacaq menim qelbim cox huxursuzdu hec rahatliq tapmiram basimi ne qeder qatmaga caliwsamda alinmir ozume yer tapa bilmirem duzdur namaz qiliram nafile namazdarini ve ramazan orucunu tuturam seher axwam zikirlerin ve yataga girende edilen zikirleride edirem ama yenede huzursuzam duzun desem ibadetimden zovq almiram sadece vacib olduhu ucun yerine yetirirem ama cox narahatam allaha cox yaxin olmaq allahi sevmek ve tekvali olmaq isteyirem amma alinmir mene ne meslehet ederdiz ne edim ki imanim artsin urek sixintim getsin duzdu deyiller qelbler yalniz allahi zikir etmekle rahatliq tapir zikr etsemde sixintidayam mene bir meslehet verin cox xahiw
Cavab: 

Və aleykum Salam. Gün ərzində bir neçə saat Qurani Kərim oxunmasına qulaq asmaq və oxumaq (həm ərəbcə, həm də azərbaycanca mənaca tərcüməni) qəlbi rahatlaşdıran səbəblərdəndir. Ümumən qəlbin sıxılması imanın azalması ilə bağlıdır, ona görə imanı artırmağa çalımaq lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Paltar köhnəldiyi kimi, iman da köhnələr. Paltarınızı təzələdiyiniz kimi imanınızı da təzələyin". (əl-Hakim, 5).
Qurani Kərim, səhih hədislər və dini məlumatlar oxumağa vaxt ayıraraq elminizi artırın, xeyirli işlər görün və saleh insanlarla birlikdə vaxt keçirin. Həmçinin gün ərzində və qəlbiniz sıxıldığı vaxtlarda Allahı çox zikr edin və nafilə namazları çoxaldın. Uca Allah buyurur: "...Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır". (ər-Ra'd,27-29).

Qəlbin sıxılması zamanı xüsusən bu zikrləri oxumaq faydalıdır:
"Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh, ləhul-mulku va ləhul-həmdu, yuhyi va yumiytu va huvə alə kulli şeyin qadir - Allahdan başqa məbud yox­dur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! Dirildir və öldürür. O hər şeyə Qadirdir!" (ət-Tirmizi, 5/515; İmam Əhməd, 4/227; Bax: "Zadul-Məad", 1/300).
"Subhanəllahi, val-həmdu lilləhi, val­lahu əkbər, valə hovlə valə quvvatə illə billəh, subhanəllahi və bihəmdihi və subhanəllahil-azim - Allah pak və müqəddəsdir! Allaha həmd olsun! Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Allahdadir! Allaha həmd edərək Onu nöqsanlardan uzaq tuturam. Əzəmətli Allah nöqsanlardan uzaqdır!" (əl-Buxari, 6304; Muslim, 2694, Muslim, 1/418; İmam Əhməd, №: 513; əl-Heysəmi "Məcməuz-Zəvaid", 1/297). 
"Allahummə-ş'rah li sadri və yəssir li əmri, Allahummə-ş'rah li sadri, Allahummə əzillə anni kullə bə'sin, Allahummə-ş'fini min kulli suuin - Allahım! Köksümü aç, qəlbimi genişləndir və işlərimi asanlaşdır. Allahım! Köksümü aç və sinəmi genişləndir. Allahım! Məndən hər cür qorxunu, narahatçılığı, gərginliyi, sıxıntını, kədəri və s. aradan götür! Allahım! Məndən bütün dərdi-qəmi, xəstəliyi, müsibəti, fəlakəti, uğursuzluğu və mənə əziyyət verən hər bir şeyi məndən uzaqlaşdır!" Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır? 
Vəsvəsələrdən necə qorunmaq olar? 
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası

Paylaş: