Əri ömürlük iflic xəstəsi olan qadın öz ehtiyaclarını necə ödəsin?

    23.01.2019
Sual: 
Salam.Er oz vezifesini yataqda yerine yetire bilmir (xestelikle bagli,omurluk iflic),heyat yoldasi onu atmir onun qullugunda durur. Qadin intim ehtiyaclarini odemek ucun,basqa kisiyle ola biler? Yeni din buna icaze verir? Meselen- muveqqeti kebinle.
Cavab: 

Və aleykum Salam. Qadın yalnız ərindən boşandıqdan sonra başqa kişi ilə kəbin kəsdirə bilər. Bu kəbin də müvəqqəti yox, ailə qurmaq niyyəti ilə olmalıdır. Əri ömürlük yataq xəstəsi olan qadının ancaq intim ehtiyaclarını ödəmək üçün başqa kişi ilə müvvəqqəti kəbin kəsdirməsi və ya görüşməsi haramdır və həlakedici günahlardan olan zinadır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Qadının xəstə ərinə baxması və onun bu halına səbr etməsi onun üçün Cənnəti qazandıracaq ən böyük səbəblərdəndir. Həmçinin, oruc tutmaq və gözü haramdan çəkməklə şəhvət hissini cilovlamaq mümkündür. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ey cavanlar, kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən, oruc tutmaq onun çarəsidir". (Səhih əl-Buxari, 5066; Səhih Muslim, 1400). Həmçinin oxuyun:
Cavan yaşda ərini itirmiş qadın hisslərini necə qarşılamalıdır?
Şəhvət hissimi saxlaya bilməsəm, siğə edə bilərəmmi?
Səbir edənlərə müjdə ver!

Zinadan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: