Nişanlım mənə əsəbi halda "səni boşayıram" dedi, biz boşanmış sayılırıqmı?

    04.03.2019
Kimdən: 
BEDBEXT
Sual: 
Salam aleykum.Biz nisanliyiq.Aramizda kebin var.Nisanlim bir nece defe meni eseblesdirmek,qorxutmaq ve hedelemek niyyeti ile "ana men bu qizi bosayacam" ,"senden ayriliram"kimi ifadeler isledib.Ve sonuncu defe biz telefonda dalasanda o mene "talaq" dedi.Bu hadiselerden sonra ona olan niyyetim ve hisslerim deyisib.Ve sorusanda da nisanlim dedi ki "seni eseblesdirmek ucun demisem,ustelik men de esebi idim.Esebi olaraq verilen talaq talaqdan sayilmir,ve niyyetim seni bosamaq olmayib".Amma menim icimde subhe qalib.Bu birinci talaq sayilirmi?
Cavab: 
Və aleykum Salam. Əvvəla boşanma məsələsinə məsuliyyətsiz, səhlənkar yanaşmaq olmaz və istər qadın, istərsə də kişi boşanma məsələsinə ciddi yanaşmalıdır. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi də ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Məcəh, 1/658/ №: 2039; Əbu Davud, 6/262/ №: 2180; ət-Tirmizi, 2/328/ №: 1195; əl-İrva, 1826).
Həmçinin demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672).
Lakin, əgər kişi qadına onu qorxutmaq, hədələmək və s. səbəblərlə "boşayıram" deyibsə, bu, boşanma sayılmır. Ancaq ürəyində boşamaq niyyəti ilə talaq deyibsə, artıq bu, boşanma sayılır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: